Culfa və Babək rayonlarına BUNA GÖRƏ böyük məbləğdə vəsait ayrıldı

11:25 - 24.04.2026


24 aprel, Fineko/abc.az. Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi Culfa və Babək rayonlarında yolların əsaslı təmiri üzrə iri satınalma elan edib.

ABC.AZ xəbər verir ki, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” Publik Hüquqi Şəxs Culfa şəhərdaxili, eləcə də Culfa və Babək rayonlarının kənddaxili avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınması üzrə müsabiqə elan edib.

Müsabiqə çərçivəsində nəzərdə tutulan ehtimal olunan qiymət 18 609 644 manat təşkil edir.