Horadiz–Ağbənd dəmir yolunun tikintisi 2028-ci ildə başa çatdırılacaq - Şahin Mustafayev

15:08 - 16.04.2026


16 aprel, Fineko/abc.az. Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.

ABC.AZ xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir: "Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib". ©Report