14:49 - 15.04.2026
15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, "RabitəBank" 2026-cı ilin I rübü üzrə maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ xəbər verir ki, hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.
Bankın kredit portfeli böyüyərək ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb.
Nəticədə ümumi kredit portfeli 944 milyon 275 min manata yüksəlib.
Kredit portfelinin əsas hissəsini biznes kreditləri təşkil edir. Belə ki, ötən ilin cari dövrü ilə müqayisədə biznes kreditləri portfeli 3.6% artaraq 417 milyon 583 min manata, o cümlədən, istehlak kreditləri portfeli 12% artaraq 340 milyon 545 min manata, ipoteka kreditləri isə 11.7% artaraq 186 milyon 147 min manata çatıb.
30 İyul 2026
29 İyul 2026