12:27 - 15.04.2026
15 aprel, Fineko/abc.az. Azərbaycanda 2026-cı ilin ilk rübündə 3 767,4 ton həcmində mis konsentratı istehsal edilib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu da son bir ildə 7.1 dəfə artım deməkdir. Aprelin 1-nə ehtiyatların həcmi 2 762,1 ton olub.
Gümüş hasilatı illik 85.6 faiz artımla 972,1 kiloqram, qızıl isə 80.2 faiz artımla 601.3 kq-a yüksəlib.
Azərbaycanda əsas istehsalçı Britaniyanın “Anglo Asian Mining Plc.” (AAM) şirkətidir. Keçən ilin sonunda bildirmişi ki, Qarabağ bölgəsindəki yeni “Dəmirli” mis mədənindən mis konsentratının satışına başlayıb.
Şirkət həmçinin qeyd edir ki, istehsal həcminin artırılmasına yönəlmiş strategiyaya uyğun olaraq, AAM 2025-ci ilin noyabr ayında “Dəmirli” mədənində rekord həcmdə – 1 milyon 951 101 min ton dağ süxuru hasil edib. 2026-cı ildən etibarən hasilatın ildə təxminən 15 min ton misə qədər artması gözlənilir. Mədənin istismar müddəti geoloji və mineral ehtiyatlar modelinin daha da inkişaf etdirilməsindən sonra müəyyən ediləcək.