Ötən il ölkədə qeyri-neft sektorunda artım müşahidə olunub - AMB rəsmisi

15:23 - 14.04.2026


14 aprel, Fineko/abc.az. 2025-ci ildə qeyri-neft sektoru üzrə artm müşahidə olunub.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın departament direktoru Ataxan Həsənov "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, orta illik inflyasiyaya toxunan AMB təmsilçisi il ərzində əhalinin nominal gəlirlərinin 8 faiz artdığını dilə gətirib.

"İqtisaduyyatda müsbət saldo davam etmiş, strateji valyuta ehtiyatlarında artım müşahidə olunub. İl ərzində maliyyə sektorunda vəsaitləri 60,6 milyard manata çatıb. Bir sıra sahələrdə, o cümlədən ölkə üzrə kredit portfelində artım müşahidə edilib. Kredit kartlarının sayında isə 6 faiz azalma olub"; - deyə A.Həsənov qeyd edib.

Müəllif: Elmir Muradov