15:26 - 10.04.2026
10 aprel, Fineko/abc.az. Bakı Fond Birjasının 2025-ci il üçün maliyyə hesabatında qeyd edilib ki, qısamüddətli gəlirliliklər 2024-cü ildəki 8.30–8.81% aralığından 2025-ci ildə 6.69-7.01%-ə enib.
ABC.AZ xəbər verir ki, orta və uzunmüddətli istiqrazlar üzrə gəlirliliklər də əhəmiyyətli dərəcədə azalıb: 2 illik istiqrazlar üzrə gəlirlilik 9.58%-dən 7.42%-ə, 3 illik üzrə 10.33%-dən 7.80%-ə, 4 illik üzrə isə 10.98%-dən 8.14%-ə düşüb.
"Gəlirliliklərin azalmasına baxmayaraq, əyri hələ də artan meylini qoruyur ki, bu da uzunmüddətli istiqrazların hələ də müddət mükafatı (“term premium”) daşıdığını göstərir. Eyni zamanda, gəlirliliklərin ümumi azalması inflyasiya gözləntilərinin azalması və pul siyasəti şərtlərinin əvvəlki illə müqayisədə daha yumşaq olduğunu göstərir"; -deyə bildirib.