Azərbaycanda elektroliz zavodu layihəsi bu tarixdə tamamlanacaq

17:16 - 1.04.2026


1 aprel, Fineko/abc.az. "Azərbaycan Respublikasında 2027−2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı" çərçivəsində elektroliz zavodu layihəsinin tamamlanmalıdır.

ABC.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamında deyilir.

Dövlət başçısının imzaladığı sənəddə 2030-cu ilədək zavodun illik istehsal gücünün 100 min tona çatdırılması nəzərdə tutulub.

Bundan başqa sərəncamda vurğulanıb ki, Dövlət Proqramında "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal gücünün "xammal−emal−son məhsul" dəyər zənciri üzrə artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə alüminium yayma məhsullarının istehsalı layihəsinin davam etdirilməsi və 2030-cu ilədək illik istehsal gücünün 50 000 tona çatdırılması təmin edilməlidir.