17:07 - 2.03.2026
2 mart, Fineko/abc.az. Türkiyədə iqtisadi artım 2025-ci ilin yekunlarına görə əvvəlki ildəki 3,2%-lə müqayisədə 3,6% təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə TurkStat məlumat yayıb.
Türkiyə hakimiyyəti daha əvvəl 2025-ci ilin sonuna iqtisadi artımın 3,5% səviyyəsində olacağını proqnozlaşdırmışdı. Statistikaya əsasən, ötən il ölkədə adambaşına düşən ÜDM 18 040 ABŞ dolları olub.
TurkStat-ın infoqrafikasına görə, ötən il ən yüksək artım tikinti sektorunda qeydə alınıb (10,8%). Kənd təsərrüfatı sektoru isə 8,8% azalıb.
Rəsmi proqnozlara əsasən, 2026-cı ildə iqtisadi artımın 3,9% olacağı gözlənilir. Moody’s beynəlxalq reytinq agentliyi isə Türkiyə iqtisadiyyatının 3,4% artacağını proqnozlaşdırır.