11:14 - 2.03.2026
2 mart, Fineko/abc.az. İranda baş verən savaş region dövlətləri üçün yalnız hərbi deyil, həmçinin iqtisadi baxımdan da təsirsiz ötüşməyə bilər. Bəs, müharibənin Azərbaycan iqtisadiyyatına hansı təsirləri ola bilər?
ABC.AZ xəbər verir ki, Azərbaycan ilə İran arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki ilə nisbətən cüzi dəyişərək 644 milyon dollara olub. 2024-cü ildə bu göstərici 647 milyon dollar idi.
Bu barədə şərh verən iqtisadçi, deputat Vüqar Bayramov deyir ki, rəqəmlər ölkələr arasındakı ticarət əlaqələrinin kiçik göstəricilər ilə ifadə olunmadığını göstərsə də, dövriyyənin strukturu fərqli təəssürat yaradır. Belə ki, ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi İrandan idxaldır.
2025-ci ildə 644 milyon dollarlıq dövriyyənin 624 milyonu İrandan idxal hesabına formalaşıb. Yəni, ümumi ticarət dövriyyəsinin cəmi 3 faizi Azərbaycanın İrana ixracıdır. Azərbaycanın İrana ixracatı cəmi 20 milyon dollar olub. Bu isə o deməkdir ki, ötən il İranla ticarətdə 604 milyon dollarlıq mənfi saldomuz yaranıb.
“Deməli, İran ilə ticarət əlaqələrimizdə illər üzrə mənfi saldomuz var. Yəni, İran Azərbaycan ilə ticarət əlaqələrindən daha çox qazanır. Bu isə o deməkdir ki, İran ilə ticarət əlaqələrində texniki çətinliklər davam etsə bunun Azərbaycan ixracatına hər hansı xüsusi təsiri olmayacaq. İllər üzrə statistik təhlillər göstərir ki, iki ölkə arasındakı ticarətdə İran idxalı dominat olub. Azərbaycanın ümumi ixracatında İranın payı hətta tam rəqəmlər ilə belə ifadə olunmur. İxrac ölkəyə valyuta, idxal isə ölkədən valyuta aparır. Təsirlərə gəldikdə isə, bu özünü İrandan idxalın azalmasında göstərə bilər. Azərbaycana İrandan tikinti materialları, kənd təsərrüfatı məhsulları, eləcə də quru meyvələr, yüngül sənaye məhsulları, xüsusən də məişətdə istifadə edilən sənaye məhsulları idxal edilir”.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026
30 İyul 2026