10:48 - 2.03.2026
2 mart, Fineko/abc.az. Yaxın Şərq istehsalçıları üçün kritik əhəmiyyət daşıyan tədarük marşrutlarının regiondakı münaqişə səbəbindən pozula biləcəyi ilə bağlı narahatlıqlar fonunda alüminiumun qiyməti yüksəlir.
ABC.AZ xəbər verir ki, Region dünya metal istehsalının əhəmiyyətli hissəsini təşkil edir.
Hörmüz boğazı — İran sahilləri yaxınlığında yerləşən mühüm ticarət qovşağıdır və regionun bir çox iri alüminium istehsalçıları tərəfindən metalın ixracı və xammalın idxalı üçün istifadə olunur. Məlumata görə, region dünya üzrə alüminium istehsal güclərinin təxminən 9%-ni təşkil edir və qiymətlər adətən regional gərginliyin artmasına həssas reaksiya verir.
Hazırda alüminium üzrə fyuçerslərin qiyməti 2,74% artaraq bir ton üçün 3 227,5 dollara çatıb.
Qızıl üzrə fyuçerslərin qiyməti də 2,74% artaraq bir troya unsiyası üçün 5 391 dollara yüksəlib.
4 Avqust 2026
4 Avqust 2026
4 Avqust 2026