2026-cı ilin yanvarında dünya üzrə polad istehsalı 6,5 % azalıb

16:30 - 27.02.2026


27 fevral, Fineko/abc.az. World Steel Association-ın hesabatlarına daxil olan 69 ölkədə 2026-cı ilin yanvar ayında polad istehsalı 147,3 mln ton təşkil edib ki, bu da 2025-ci ilin yanvar ayına nisbətən 6,5 % azdır.

ABC.AZ xəbər verir ki, bu barədə assosiasiyanın məlumatında bildirilir.

Bu 69 ölkə 2024-cü ildə dünyada xam polad istehsalının təxminən 98 %-ni təşkil edib.

İlk 10 ölkə arasında Çin 75,3 mln ton polad istehsal edib ki, bu da ötən ilin yanvar ayına nisbətən 13,9 % azdır. Hindistan 15,1 mln ton (+10,5 %), ABŞ 7,1 mln ton (+3,3 %), Yaponiya 6,8 mln ton (-0,5 %), Cənubi Koreya 5,6 mln ton (+5,0 %), Rusiya 5,5 mln ton (-7,4 %), Türkiyə 3,4 mln ton (+5,8 %), Almaniya 3,1 mln ton (+15,0 %), Braziliya 2,7 mln ton (-1,4 %), İran isə 2,6 mln ton (+15,1 %) polad istehsal edib.