Rəqəmsal platformalardan vergi tutulacaq?

16:07 - 26.02.2026


26 fevral, Fineko/abc.az. Dövlət Vergi Xidmətində rəqəmsal platformalarda vergitutma mexanizmləri müzakirə olunub.

ABC.AZ quruma istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətində reklam və marketinq agentlikləri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi rəqəmsal platformalar üzərindən fəaliyyət göstərən şəxslərin, o cümlədən rəqəmsal platforma təsirçilərinin (influenser) tətbiq olunan vergitutma mexanizmlərinin icrası qarşılaşdıqları praktiki çətinliklərin öyrənilməsi və səmərəli müzakirə mühitinin yaradılması olub.

Görüş zamanı influenser fəaliyyəti, bu sahədə gəlirlərin uçotu və bəyan edilməsi, müqavilə münasibətlərinin rəsmiləşdirilməsi, hesabatlılıq və şəffaflıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Vergi Xidməti biznes subyektləri ilə açıq dialoqun davam etdiriləcəyini, başlıca məqsədin vergi intizamının gücləndirilməsi ilə yanaşı, sahibkarlıq mühitinin dəstəklənməsi və praktiki yanaşmaların formalaşdırılması olduğunu vurğulayıb.