15:10 - 26.02.2026
26 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda qeyri-neft-qaz sektorunda da artım azalaraq 6,1 %-dən 2,7 %-ə düşüb. Ərzaq və xidmətlərin bahalaşması fonunda 2025-ci ildə inflyasiya sürətlənərək 5,6 % təşkil edib. Bununla belə, göstərici Azərbaycan Mərkəzi Bankının (AMB) hədəf diapazonu (4 % ±2 faiz bəndi) daxilində qalıb.
EBRD analitikləri xatırladıblar ki, ötən il AMB uçot dərəcəsini iki dəfə – 2025-ci ilin iyul və dekabr aylarında 25 baza bəndi endirib. 2023-cü ilin noyabrından bəri pul-kredit siyasətinin ümumi yumşaldılması 225 baza bəndi təşkil edib. Bundan əlavə, 2026-cı il fevralın 4-də tənzimləyici dərəcəni yenidən 0,25 faiz bəndi azaldaraq 6,5 %-ə endirib. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar aprelin 2-də açıqlanacaq.
Artımın yavaşlamasına baxmayaraq, fiskal və xarici mövqelər dayanıqlı olaraq qalır. 2025-ci ildə dövlət büdcəsinin profisiti ÜDM-in 0,4 %-ni, sentyabr ayına olan məlumata görə isə dövlət borcu ÜDM-in təxminən 20 %-ni təşkil edib.
4 Avqust 2026
3 Avqust 2026
3 Avqust 2026