14:53 - 30.12.2025
30 dekabr, Fineko/abc.az. Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.
ABC.AZ xəbər verir ki, Tarif Şurası bununla bağlı müvafiq qərar verib.
Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilib.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026