2025-ci ildə Azərbaycanda fəaliyyətə başlamış zavod və müəssisələr - Siyahı - Özəl xəbər

14:15 - 24.12.2025


24 dekabr, Fineko/abc.az. -(özəl xəbər)- Bitməkdə olan 2025‑ci ildə Azərbaycanda siyasi arenada olduğu kimi, sosial-iqtisadi sferada da bir sıra yeniliklər baş verdi.

ABC.AZ-ın araşdırmasına görə, bu il bir neçə zavod və müəssisənin fəaliyyətə başlaması ilə yadda qaldı.

Belə ki, 2025-ci ildə Sumqayıt Kimya Sənaye Parkında “Kartaş Kimya” MMC – tikinti kimyəvilərinin istehsalı zavodu açılıb. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.

Sözügedən Parkda, həmçinin “Az‑Tex‑İmport” MMC‑nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Bu il yüngül sənaye sferasında da açılış qeydə alınıb. “Azerbaijan Coca‑Cola Bottlers” MMC-nin İsmayıllıda yeni istehsal müəssisəsinin açılışı olub.

O cümlədən, bu il “Konstralab Industries” QSC-nin Goranboy rayonunda tikinti materialları istehsalı müəssisəsi fəaliyyətə başlayıb.

Ağdam Sənaye Parkında “Tabaterra” MMC –nin tütün məmulatlarının istehsalı müəssisəsi açılıb. 2025-ci ildə Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC‑nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsi fəaliyyətə qoşulub.

Müəllif: Elmir Muradov