Azərbaycan və Belarus arasında əczaçılıq sahəsində əməkdaşlığın müzakirəsi yekunlaşır

13:05 - 28.10.2025


28 oktyabr, Fineko/abc.az. Belarus texnologiyalarının Azərbaycanın əczaçılıq sahəsində tətbiqi, eləcə də yerli dərman və peyvənd istehsalı üzrə əməkdaşlığın müzakirəsi son mərhələdədir.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Bakıda keçirilən 15-ci iclasında qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Belarus tərəfi ilə əməkdaşlıq çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndində aqro-şəhərcik layihəsi üzrə işlər davam etdirilir, baş plan təsdiq edilib və aqro istehsal klasterinin yaradılması üzrə İşçi qrup yaradılıb.

Qeyd edək ki, iclası Azərbaycan tərəfindən baş nazirin müavini, komissiyanın həmsədri Samir Şərifov, Belarus tərəfindən isə baş nazirin müavini, komissiyanın həmsədri Natalya Petkeviç keçirirlər. ©Trend