10:57 - 14.10.2025
14 oktyabr, Fineko/abc.az. “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs “Proyapı Mühendislik ve Müşavirlik Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.
ABC.AZ xəbər verir ki, müqavilədə Qubadlı rayonu,Zilanlı,Mahruzlu və Xanlıq kənd yaşayış məntəqələrinin ərazilərinin Həkəri çayının daşqın sularından mühafizəsi üçün layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 949 900 AZN təşkil edir.
8 Avqust 2026
8 Avqust 2026