14:18 - 1.10.2025
1 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) rəsmiləri manatla ilk istiqraz emissiyası ilə kifayətlənməyəcəyini açıqlayıb.
ABC.AZ xəbər verir ki, EBRD-nin istiqrazlar, Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə direktor müavini Mixail Qreçixo bildirib ki, bu, yalnız başlanğıcdır:
"Biz bununla kifayətlənməyəcəyik və əminəm ki, bu əməliyyat həm bizim, həm də digər beynəlxalq maliyyə institutlarının gələcək buraxılışlarına yol açacaq. Mən əminəm ki, onlar bir qədər qısqanacaq və bu əməliyyatdan sonra bizim ardımızca gələcəklər. Bu əməliyyat müxtəlif maraqlı tərəflərin əla əməkdaşlığı olmadan mümkün olmazdı. Mən AMB-yə və şəxsən Taleh Kazımova dərin təşəkkürümü bildirmək istəyirəm. Həmçinin BFB-yə, MDM-ə və bizimlə birlikdə çalışan dəyərli tərəfdaş "Dentons" şirkətinə təşəkkür edirəm. Ümid edirəm ki, bu istiqrazlar tam şəkildə yerləşdiriləcək və gələcəkdə daha da iddialı uğurları birlikdə qazanmağımızı səbirsizliklə gözləyirəm".