10:43 - 29.09.2025
29 sentyabr, Fineko/abc.az. "Xəbər verdiyimiz kimi, Bakıda "INMerge" İnnovasiya Sammiti keçirilir.
ABC.AZ xəbər verir ki, sammitdə çıxış edən iqtisadiyyat naziri M.Cabbarov regionda sülhün möhkəmlənməsinin iqtisadi əhəmiyyətinə toxunub.
Nazir vurğulayıb ki, avqustun 8-də imzalanmış tarixi sülh razılaşması Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi və sosial kapitallaşmasına mühüm töhfə verəcək.
"Bu proses təkcə region üçün deyil, daha geniş miqyasda iqtisadi faydalar gətirəcək" - deyə M. Cabbarov bildirib.
Müəllif: Elmir Murad
14 Avqust 2026