16:17 - 19.09.2025
19 sentyabr, Fineko/abc.az. Almaniya hakimiyyəti IV rübdə borclanmaları 20% artıraraq 90,5 mlrd avroya çatdıracaq. Bu vəsait infrastruktur və müdafiə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək.
ABC.AZ xəbər verir ki, əlavə olaraq 10,5 mlrd avro həcmində dövlət istiqrazları yerləşdiriləcək, o cümlədən oktyabrda 3 mlrd avro dəyərində yeddiillik istiqrazlar satılacaq. Alman istiqrazlarına tələbat Fransadakı büdcə böhranı fonunda artır, lakin investorların marağının az olması səbəbindən 50 illik istiqrazların buraxılması ləğv edildi.
15 Avqust 2026
17 Avqust 2026