11:40 - 7.08.2025
7 avqust, Fineko/abc.az. Cari il avqust ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artaraq 198.371 vahid təşkil edib.
Bu barədə ABC.AZ-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
2025-ci ilin yanvar – iyul aylarında 8.196 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 88,5 faizi yerli investisiyalı, 11,5 faizi isə xarici investisiyalıdır. Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,8 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb.
Kommersiya qurumlarının 84,6 faizi elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 96,1 faiz təşkil edib.