Qazaxıstan Rusiya limanları vasitəsilə AB-yə kömür tədarükü barədə razılığa gəlib

10:45 - 29.07.2025


29 iyul, Fineko/abc.az. Qazaxıstan hakimiyyəti Avropa İttifaqı (Aİ) ölkələrinə Qazaxıstan kömürünün tranziti üçün Rusiya limanları ilə əməliyyatların qadağadan çıxarılması barədə razılığa gəlib.

ABC.AZ xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin mətbuat xidmətindən bildirilib.

"2025-ci ilin fevral ayında Aİ-nin 16-cı sanksiyalar paketi çərçivəsində bir sıra Rusiya limanları ilə istənilən sövdələşmənin həyata keçirilməsinə qadağa qoyulmuşdur. Bu, Qazaxıstan kömürünün Avropa ölkələrinə ixracının davamlılığı təhdidinə səbəb olub", — deyə məlumatda qeyd edilir.

Qazaxıstan Avropa Komissiyasına rəsmi vəsatət göndərib və 18-ci sanksiyalar paketində dəyişiklik edilib. Bu vəziyyətdə kömür yalnız Qazaxıstandan olmalıdır. Yükün mülkiyyəti məhdudlaşdırıcı tədbirlərə tabe olan ölkələrin qeyri-rezidentlərinə məxsus olmalıdır, limanlar yalnız tranzit, yükləmə və ya göndərmə ərazisi kimi istifadə edilə bilər.