Milli Depozit Mərkəzinin qarşıdakı illərdə əsas çağırışları açıqlanıb

11:57 - 29.04.2025


29 aprel, Fineko/abc.az. 2024-cü ildə Milli Depozit Mərkəzində (MDM) 300 milyon manatlıq kupon ödənişi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərlə görüşdə MDM-in Strategiya Şöbəsinin müdiri Əli Əliyev açıqlayıb.

O qeyd edib ki, ötən il əsas məbləğ üzrə investorlara 5 milyard manata yaxın ödəniş edilib.

Gələcək inkişaf strategiyasından danışan Mərkəz rəsmisi MDM qarşısındakı əsas çağırışlara da toxunub. Onun sözlərinə görə, əsas çağırışlar arasında ən birincisi rəqəmsallaşmadır.

Bununla yanaşı, maliyyə idarə etməsi sisteminin inkişaf etdirilməsi də əsas məqsədlərdəndi.

Müəllif: Elmir Murad