Əhalinin borc yükü çoxalır - Mərkəzi Bank

15:14 - 15.04.2025


15 aprel, Fineko/abc.az. Mərkəzi Bankın 2024-cü ilin yekunları üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.

ABC.AZ xəbər verir ki, hesabatda əhalinin borc yükü barədə məlumatlar da yer alıb.

Qeyd edilib ki, əhalinin borc yükü üzrə dinamikası diqqət mərkəzində saxlanılır:

"Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilsə də, əhalinin borc yükünün sərəncamda qalan gəlirdə payının artımı müşahidə edilir. Belə ki əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti ötən ilin sonu ilə müqayisədə 2.2 faiz bəndi artaraq 18% olmuşdur. Banklar arasında keçirilən kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələrinə əsasən də bankların 15%-i əhalinin borclanmasında orta dərəcədə artım olduğunu bildirib. Əhalinin borclanması dinamikası Mərkəzi Bank tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətdə tənzimləmə siyasəti formalaşdırılır.