Gələn il sosial müdafiə və dəstək xərcləri 8% artacaq - Proqnoz

16:36 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Asiya İnkişaf Bankı (ADB) 2026-cə ildə Azərbaycanın dövlət büdcəsi ilə bağlı hesabat xarakterli proqnoz açıqlayıb.

ABC.AZ xəbər verir ki, proqnoza görə, büdcə xərcləri ÜDM-in 32%-nə çatacaq.

“Bunlardan 19% cari xərclərə, 11% isə kapital qoyuluşlarına yönəldiləcək. Sosial müdafiə və dəstək xərclərinin 8% artacağı və ümumi büdcə xərclərinin təxminən 12%-ni təşkil edəcəyi gözlənilir. Dövlət investisiyalarının həcminin proqnoza görə ÜDM-in 2%-nə qədər enəcəyi gözlənilir”, – ADB-nin hesabatında bildirib.

2024-cü ilin yekunlarına görə, dövlət büdcəsinin kəsiri ÜDM-in 0,0004%-ni təşkil edib, bu ilin yanvar-fevral aylarında isə dövlət büdcəsinin profisiti ÜDM-in 7,2%-nə çatıb.