Kaliforniyada yanğınlar səbəbindən 400 min istehlakçı elektrik enerjisiz qalıb

16:01 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. Cümə axşamı gününə olan məlumata görə, yanğınlarda 5 nəfər ölüb, yüzlərlə ev yanıb, 100 mindən çox insan təxliyə olunmağa çağırılıb, 400 mindən çox istehlakçı elektrik enerjisiz qalıb.

ABC.AZ xəbər verir ki, Los Angeles də daxil olmaqla Cənubi Kaliforniya bölgələri enerjidən ayrılıb. Mütəxəssislər enerji təchizatını tez bir zamanda qura bilmirlər, çünki enerji infrastrukturunun bərpası üçün şərait təhlükəlidir.

Dünən Los Ancelesdəki əsas magistral yol olan Pacific Coast Highway yolunu alov tutdu və polis sakinlərə maşınlardan çıxıb piyada qaçmağı əmr edirdi.