İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad olunub

11:46 - 9.01.2025


9 yanvar, Fineko/abc.az. Azərbaycan İdman Akademiyasında 100-ə yaxın işçi vəzifəsindən azad edilib.

ABC.AZ xəbər verir ki, ixtisar ötən ay baş verib. Belə ki, dekabr ayının 30-u bir qrup şəxs işdən çıxarılıb. Məlumatda bildirilir ki, ixtisarların davam edəcəyi gözlənilir.

Həmçinin qeyd edilib ki, işdən çıxarılanlar arasında vəzifəli şəxslər də var.