Bank sektorunda çalışanlar bir ildə 153 nəfər artıb

12:29 - 25.12.2024


25 dekabr, Fineko/abc.az. 30 noyabr 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 483, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 200 olub.

ABC.AZ xəbər verir ki, hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 153 nəfər artıb.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 50 mlrd. 164.6 mln. manat, cəmi öhdəlikləri 43 mlrd. 662.6 mln. manat, balans kapitalı 6 mlrd. 502 mln. manat olub.

İlin əvvəlindən bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 2%, 1.3% və 7.2% artıb.

Müəllif: Elmir Murad