10:06 - 16.12.2024
16 dekabr, Fineko/abc.az. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Port of Baku) 2023-cü il üzrə maliyyə nəticələrini açıqlayarkən əvvəlki illə müqayisədə gəlirlərinin azaldığı və xərclərin isə xeyli artığı müşahidə edilib. Nəticədə dövlət şirkətinin xalis mənfəəti öncəki ildən 39 faiz daha zəif olub.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat PwC tərəfindən “Port of Baku”da aparılan audit hesabatında öz əksini tapıb.
Belə ki, hesabatda audit şirkəti “Port of Baku”nun 2023-cü ildə gəlirlərinin 49.23 milyon manat təşkil etdiyini açıqlayıb. Bu, 2022-ci illə müqayisədə 1.8% azalma deməkdir. Həmin ildə 50.14 milyon manat gəlir olmuşdu.
Dövlət şirkətinin əmək haqqı və işçi xərcləri hesabat ilində 14.87 milyon manatdan 17.26 milyon manata yüksəlməklə illik müqayisədə 16.1% artıb.
Beləliklə, şirkət 2023-cü ildə 6.06 milyon manat xalis mənfəət əldə edib, öncəki ilin göstəricisi 9.96 milyon manat 39.1% azalmadır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026