Bu avtomobillərlə 1,3 milyard sərnişin daşınıb

11:17 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda avtomobil nəqliyyatı ilə 1 milyard 309,6 milyon milyon nəfər sərnişin daşınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 172 milyon 787,3 min nəfər, başqa sözlə 15,2% çoxdur.

Bunun da 1 milyard 248,2 milyon nəfəri avtobusların, 61 milyon 379,9 milyon nəfəri isə taksi xidmətinin payına düşüb.