Mərkəzi Bank onlara lisenziya verdi

16:28 - 25.09.2024


25 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarlarına əsasən, “Payriff” QSC və “Greentek Group” MMC-yə elektron pul təşkilatı, “Fizza Pay” MMC və “Kabox” MMC-yə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziyalar təqdim olunub.

ABC.AZ-ın məlumatına görə, bu barədə Mərkəzi Bankdan bildirilib.

“Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir”, – deyə məlumatda qeyd olunub.