16:53 - 24.09.2024
24 sentyabr, Fineko/abc.az. ABŞ-ın antiinhisar orqanları “Visa”nı inhisarçılıqda ittiham edir.
ABC.AZ xəbər verir ki, amerikalı mütəxəssislər "Visa"nın debet kartları bazarında qanunsuz inhisarçılıq səbəbindən ödəniş sisteminə qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır.
Onlar hesab edir ki, şirkət antirəqabət tədbirləri həyata keçirib. Məsələn, rəqiblərin bazarda onun dominantlığını mübahisələndirməsinə mane olmaq üçün eksklüziv razılaşmalar bağlayıb.
Bununla da rəqiblərin genişlənməsinin qarşısını alıb və texnologiya şirkətlərinin bazara daxil olma cəhdlərinə mane olub.
“Visa”nın biznes təcrübələrinin araşdırılması 2021-ci ildə maliyyə texnologiyaları infrastruktur sahəsində fəaliyyət göstərən “Plaid Inc.” şirkətini satın almaq cəhdindən sonra başlamışdı. O zaman ABŞ Ədliyyə Nazirliyi razılaşmanı mübahisələndirən iddia qaldırmış və nəticədə bu saziş baş tutmamışdı.
Ötən il “Visa” kart məlumatlarının təhlükəsizliyini artırmaq üçün bank kartlarının məxfi məlumatlarını xüsusi anonim ekvivalenta (token) dəyişdirən tokenizasiya texnologiyası ilə bağlı ABŞ Ədliyyə Nazirliyinin diqqətini cəlb etmişdi. Nazirliyin narahatlığı “Visa”nın bu texnologiyadan istifadə etməyən pərakəndə satıcılardan ödəniş tələb etməsi ilə bağlı idi.
Müəllif: Elmir Murad
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026