12:17 - 3.09.2024
3 sentyabr, Fineko/abc.az. Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin ilk yarısında Azəri-Çıraq-Günəşli (AÇG) yatağından 3 mlrd. 5.3 mln. ABŞ dolları dəyərində gəlir əldə edib.
ABC.AZ Fonda istinadən xəbər verir ki, bununla da illik müqayisədə AÇG-dən gəlir 342.7 mln. dollar və ya 10 faiz azalmış olub.
2023-cü ilin ilk 6 ayında Fond AÇG-dən 3 mlrd. 348 mln. dollar gəlir əldə etmişdi.
Suveren fondun Şahdəniz yatağından (qaz və kondensat) 2024-cü ilin ilk yarımilindəki gəlir 244.07 mln. dollar olub. Şahdənizdən gəlirlər isə 2023-cü ilin analoji dövründə 1 mlrd. 2 milyon dollar idi. O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 60.78 mln. dollar olub.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026