16:30 - 28.08.2024
28 avqust, Fineko/abc.az. “Nordea” Skandinaviya bankı Nyu-York Dövlət Maliyyə Xidmətləri Departamentinin (DFS) çirkli pulların yuyulması ilə bağlı araşdırmasını dayandırmaq üçün 35 milyon dollar (31,5 milyon avro) cərimə ödəyəcək.
ABC.AZ xəbər verir ki, Bankın məlumatına görə, DFS-in istintaqı Bankın 2008-2019-cu illər arasında, xüsusən də Danimarkadakı Vesterport International qapalı filialında, habelə Baltikyanı ölkələrdəki Nordea əməliyyatları ilə bağlı idi. Hesabatda ABŞ səlahiyyətlilərinə ödəniləcək məbləğin "Nordea-nın maliyyə vəziyyətinə əhəmiyyətli təsir göstərməyəcəyi" vurğulanır.
Bloomberg-in qeyd etdiyi kimi, bu hadisə, Danske Bank və Swedbank da daxil olmaqla Skandinaviya bankları vasitəsi ilə çirkli pulların yuyulması ilə bağlı qalmaqalın bir hissəsi oldu. Agentlik xatırladır ki, Swedbank və Danske Bank da "keçmiş Sovet İttifaqı ölkələrindən şübhəli pul köçürmələri" ilə bağlı qalmaqalda iştirak ediblər. Sonuncu, 2022-ci ildə ABŞ-da istintaqa son qoymaq üçün 2 milyard dollar ödəməyə razı oldu.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026