Azərbaycanda ödəniş kartlarının sayı 18,3 milyon ədədi keçib

12:34 - 22.08.2024


22 avqust, Fineko/abc.az. Bank sistemləri və "Azərpoçt" MMC tərəfindən dövriyyədə olan ödəniş kartlarının sayı ötən ayla müqayisədə iyulun sonuna 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 19.5% artıb.

Qeyd edək ki, ödəniş kartlarının artımı debet kartlarında 20,8%, kredit kartlarında isə 11,4% təşkil edib.

Xatırladaq ki, ötən ilin iyul ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı isə 19.4% artıb.