Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

15:10 - 20.08.2024


20 avqust, Fineko/abc.az. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) avqust ayı faiz qərarını açıqlayıb.

ABC.AZ TCMB-yə istinadla xəbər verir ki,  Bank uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb.

İqtisadçılar da TCMB-nin avqust ayında da pul siyasəti dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayacağını gözləyirlər.

Ötən ay keçirilən iclasında da TCMB uçot dərəcəsini 50 faiz səviyyəsində sabit saxlamışdır.