AMB 24 sığorta vasitəçisinin lisenziyasını dayandırıb

10:49 - 15.08.2024


15 avqust, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 hüquqi şəxs olan sığorta agentinə, 22 nəfər fiziki şəxs olan sığorta agentinə və müstəsna olaraq sığorta agenti fəaliyyəti ilə məşğul olan 1 hüquqi şəxsə verilmiş lisenziyaların qüvvəsini bir ay müddətinə dayandırıb.

ABC.AZ AMB-yə istinadla xəbər verir ki, bu qərar avqustun 13-də Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq hesabat təqdim edilmədiyi üçün qəbul edilib.