14:18 - 7.08.2024
7 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 3 252 layihənin maliyyələşdirilməsinə 119 milyon manat güzəştli kredit verib.
ABC.AZ Fonda istinadla xəbər verir ki, verilmiş kreditlər hesabına 1 764 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, SİF Azərbaycan Prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
31 Avqust 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026