Raiffeisenbank International Rusiyadakı törəmə bankının biznes formatını açıqladı

15:27 - 30.07.2024


30 iyul, Finek/abc.az. Avstriyanın Raiffeisenbank International qrupu törəmə Raiffeisenbank-ın Rusiyadakı biznesinin hansı formatda davam edəcəyini açıqlayıb.

ABC.AZ xəbər verir ki, bank, kredit vermək əvəzinə Mərkəzi Bankda likvidlik yerləşdirməyə davam edəcək və yalnız beynəlxalq bazarda aktiv fəaliyyət göstərən iri şirkətlər arasında məhdud müştəri siyahısı ilə işləyəcək. Onlar üçün Bank "fərdi komplayens yoxlaması" aparmalıdır.

2023-cü ildən başlayaraq Rusiya Raiffeisenbankı elektronika, neft və neft məhsulları, taxta və avtomobil komponentlərinin ödənişi ilə bağlı əməliyyatlar aparmır.

Müştərilərdən əmanətlərin cəlb edilməsinə ciddi məhdudiyyətlər qoyulub  – bank artıq yeni müddətli əmanətlər açmır, hesab dərəcələri sıfırdır, əlavə yüksək komissiyalar tətbiq olunur.