Rusiyada banklar fırıldaqçılıq təhlükəsi olduqda bu tədbiri görəcəklər – Yeni qanun

16:45 - 25.07.2024


25 iyul, Fineko/abc.az. Rusiyadakı banklar, alıcı haqqında məlumat Mərkəzi Bankın “Müştərinin könüllü razılığı olmadan pul köçürmələrinin həyata keçirilməsi halları və cəhdləri haqqında” məlumat bazasında olduqda, pul köçürmələrini iki gün dayandırmalı olacaqlar.

ABC.AZ xəbər verir ki, müştəri əməliyyatı iki gün ərzində təkrar edərsə, köçürmə yenidən dayandırılacaqdır. Bank müştəriyə dayandırılma səbəbləri və vaxtı barədə məlumat verməlidir. İki gündən sonra bank əməliyyatı icra etməli olacaq, lakin maddi məsuliyyət daşımayacaq.

Banklar, həmçinin müştərini potensial təhlükə barədə xəbərdar edərək, saxta əməliyyatların yeni əlamətləri üzrə köçürmələri dayandırmaq hüququ qazanacaqlar. Bu vəziyyətdə müştəri köçürməni təsdiqləyə biləcək və Mərkəzi Bankın məlumat bazasında alıcı haqqında məlumat tapmadığı təqdirdə bank bunu həyata keçirəcək.