Öhdəlikləri ən çox artan- 10 BANK - SİYAHI

17:27 - 19.07.2024


19 iyul, Fineko/abc.az. Azərbaycanda öhdəlikləri ən çox artan bankların adları məlum olub.

ABC.AZ xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 53,4% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın öhdəlikləri 486,5 milyon manat həcmində artıb.

"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 24,5% və ya 127,1milyon manat göstərici ilə "Ziraat Bank Azərbaycan" gəlir.

Öhdəliklərini 21,8% və ya 34,6 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.

"Kapital Bank"ın öhdəlikləri ötən ilin sonu ilə müqayisədə 16,4% və ya 1 milyard 268 milyon manat dəyərində artıb.

"Bank Of Baku"nun öhdəliklərində 10,8% və ya 79,2 milyon manat artım baş verib.

Siyahıda 6-cı yerdə 10,1% (10,5 milyon manat) artımla "Bank Avrasiya" yer alıb.

İlk onluqda digər 4 bank  "Turanbank" (47,6 milyon manat və ya 6,4%), "AccessBank" (58,6 milyon manat və ya 4,7%), "Bank Respublika" (78,4 milyon manat və ya 4%)  və "Yapı Kredi Bank Azərbaycan" (7,4 milyon manat və ya 1,8%) olub.