10:53 - 19.07.2024
19 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 1 dekabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Milli Depozit Mərkəzinin xidmət haqları”nda dəyişiklik edib.
ABC.AZ xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, kütləvi təklif üsulu ilə yerləşdirilməsi nəzərdə tutulan səhmlərin əldə edilməsi üçün investorlara depo hesablarının açılması zamanı xidmət haqqı tutulmayacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026