Valyuta hərracında banklar tələbi təxminən iki dəfə artırdılar

12:43 - 16.07.2024


16 iyul, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyulun 16-da keçirilən valyuta hərracında bankların tələbi 60,2 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, son hərracda olduğundan 29,6 milyon dollar (96,73%) çoxdur.

İyulun 11-də keçirilən valyuta hərracında AMB banklara 30,6 milyon dollar satıb.

Valyuta hərracının yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.