Azərbaycanda maliyyə axını ikinci rübdə 19% artıb

17:02 - 12.07.2024


12 iyul, Fineko/abc.az. Cari ilin ikinci rübündə Azərbaycanda maliyyə axını ötən ilin eyni dövrü ilə müqayisədə 18.8% artaraq 26.5 milyard manat olub.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, ötən rüb ümumi ödəniş daxilolmalarında ən yüksək paya malik iqtisadi fəaliyyət sahələri dövlət idarəetməsi və müdafiə (27.9%), topdan və pərakəndə ticarət (15.1%) və tikinti (11.7%) olub.

Son 1 ildə daxilolmalarda artıma ən yüksək töhfə verən iqtisadi fəaliyyət sahəsi isə dövlət idarəetməsi və müdafiə (1.6 milyard manat artım) və tikinti (722.8 milyon manat artım) olub.