10:49 - 11.07.2024
11 iyul, Fineko/abc.az. Azərbaycanın “Çovdar” qızıl yataqları və ətrafdakı yataqlarda tapılan qızıl ehtiyatlarının ümumi dəyəri 4 dəfə artıb. Bununla da ölkənin qızıl ehtiyatlarının ümumi dəyəri 2 milyard dollara yaxınlaşıb.
ABC.AZ xəbər verir ki, bu “AzerGold” QSC tərəfindən aparılan kəşfiyyat işləri zamanı aşkarlanmış qızıl ehtiyatlarının artımı ilə bağlıdır.
Şirkətdən verilən məlumata görə, 2017-ci ildə “Çovdar” qızıl yatağında hasilat işlərinə başlayan “AzerGold” QSC istismar işləri ilə paralel ətraf ərazilərdə - Daşkəsən və Göygöl rayonlarında əlavə kəşfiyyat işləri icra edib.
Nəticədə, kəşf və tədqiq edilən yeni yataqların hesabına satılabilən qızıl ehtiyatı 179 min unsiyadan 778 min unsiyaya çatdırılıb. Bununla da “Çovdar” və cinahlardakı yataqlar üzrə ümumi satılabilən qızıl ehtiyatı bazasının 4 dəfədən çox artırılmasına nail olunub.
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
31 Avqust 2026
31 Avqust 2026
1 Sentyabr 2026
30 Avqust 2026
31 Avqust 2026