Mərkəzi Bankın xarici valyutada ehtiyatları nə qədərdir?

15:58 - 1.07.2024


1 iyul, Fineko/abc.az. Mərkəzi Bankın xarici valyutada olan ehtiyatları 2024-cü ilin 28 iyun tarixinə 11 milyard 737.6 milyon ABŞ dolları təşkil edib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Bu da son ayda ehtiyatların 23.9 milyon dollar (0.2%), ilin əvvəlindən 124.6 mln. dollar (1.07%), son bir ildə isə 2 mlrd. 541.7 mln. dollar (27.7%) artmasıdır.