May ayında bank sektorunun aktivləri azalıb

11:46 - 27.06.2024


27 iyun, Fineko/abc.az. Ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 49,147.5 mln. manat, cəmi öhdəlikləri 42,817.8 mln. manat, balans kapitalı 6,329.7 mln. manat olmuşdur.

ABC.AZ bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Qeyd olunur ki, cari ilin may ayında bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri 0.2% azalmış, balans kapitalı isə 0.1% artmışdır.