"Premium Bank" bankomatlarını ləğv edib

16:36 - 10.06.2024


10 iyun, Fineko/abc.az. "Premium Bank"ın bankomatlarının sayı azalıb.

ABC.AZ xəbər verir ki, bu barədə bankın illik hesabatında məlumat qeyd edilib.

Belə ki, ötən ilin sonuna "Premium Baank" bankomatlarının sayı 45 ədəd idisə, 2022-ci ildə bu göstərici 54 ədəd olub.

Bu isə banka məxsus bankomatların 9-nun ləğv olunduğunu göstərir.

Müəllif: Elmir Murad