Mərkəzi Bank “AFB Bank” ilə bağlı sərəncam verib

14:44 - 4.06.2024


4 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “AFB Bank” ASC-yə icrası məcburi sərəncam verilməsi barədə göstəriş verib.

ABC.AZ xəbər verir ki, bu barədə Banker.az-ın əldə etdiyi məlumatda qeyd edilir.

Məlumata əsasən inzibatçı təyinatı ilə bağlı qərarın qəbul edildiyi tarixdən 5 iş günü müddətində AMB-yə yazılı bildiriş göndərilməsi ilə bağlı “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 15.2-ci maddəsi ilə müəyyən edilmiş tələbə “AFB Bank” ASC tərəfindən vaxtında riayət edilməməsi ilə əlaqədar olaraq Qanunun 47-ci maddəsinin tələblərini rəhbər tutaraq, Mərkəzi Bank tərəfindən “AFB Bank” ASC-yə daxili prosedurlarının təkmilləşdirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.