11:48 - 4.06.2024
4 iyun, Fineko/abc.az. Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya İqtisadi İttifaqı (Aİİ) üzrə həmkarlarını İranla imzalanmış azad ticarət müqaviləsinin ratifikasiyası üzrə işləri sürətləndirməyə çağırıb.
ABC.AZ xəbər verir ki, onun sözlərinə görə, Rusiyada Dövlət Duması ötən həftə sazişin ratifikasiyası haqqında qanun qəbul edib.
"Bütün tərəflərin daxili prosedurlarını tez bir zamanda tamamlamaları lazımdır", - deyə o bildirib.
Rusiya Baş nazirinin sözlərinə görə, bu, İran tərəfdaşlarının Avrasiya İqtisadi İttifaqı ilə qarşılıqlı əlaqələrin dərinləşməsində maraqlarını nəzərə alaraq xüsusilə vacibdir.
"MDB, ŞƏT, ASEAN, BRICS və Asiya, Afrika, Yaxın Şərq, Latın Amerikasının ayrı-ayrı dövlətləri ilə əlaqələri genişləndirmək lazımdır", - deyə Rusiya Baş naziri bildirib. O xatırladıb ki, ittifaqın aktivində artıq Vyetnam və Serbiya ilə azad ticarət, eləcə də Çinlə ticari-iqtisadi əməkdaşlıq haqqında sazişlər var.
18 Avqust 2026